
İngiltərədən Türkiyəyə böyük jest: müddətsiz yaşama hüququ
İngiltərə Daxili İşlər Nazirliyi Türkiyə vətəndaşlarına müddətsiz yaşamaq hüququ verəcək.
Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, nazirlik İngiltərədə öz biznesini yaradaraq bu ölkədə çalışacaq Türkiyə vətəndaşları üçün yeni vizalar hazırlamağa başlayıb.
Yeni qaydaya görə, Türkiyə vətəndaşları bu ölkədə davamlı olaraq 5 il yaşadıqdan və çalışdıqdan sonra müddətsiz yaşamaq hüququ əldə etmək üçün İngiltərə hökumətinə müraciət edə biləcək.
Qeyd edək ki, bundan əvvəl İngiltərədə 4 il yaşayan türk işçilərə müddətsiz yaşamaq hüququ əldə etmək üçün şans verilirdi. İngilətərə DİN bu ilin mart ayında məhkəmə qərarı ilə müddətsiz yaşamaq hüququnu ləğv etmişdi.
Digər xəbərlər