
Almaniya İsraildən pilotsuz uçuş aparatı icarəyə götürəcək
Almaniya İsraildən lizinqlə razılaşma çərçivəsində ümumi məbləği bir milyard avro olan hərbi təyinatlı pilotsuz uçan aparatlar alacaq.
Baş nazir Benyamin Netanyahu cümə axşamı AFR parlamentinə və hökümətinə bu "nəhəng" və "inanılmaz" kontraktın təsdiqinə görə minnətdarlıq edərək, onun İsrailin müdafiə kompleksi, bütün iqtisadiyatı və iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətləri üçün əhəmiyyətini qeyd edib.
"İsrailin pilotsuz uçan aparatlarının lizinqlə alınması haqqında nəhəng razılaşmanı qərarın qəbulu ərəfəsində Almaniya parlamentinin bəyənməsindən mən çox razıyam. Almaniya İsrailə təhlükəsizlik sahəsində kömək edir, İsrail də Almaniyaya"- Netanyahu deyib.
İstehsalçı şirkət İsrael Aerospace İndustries ( İAİ) xəbər verir ki, razılaşmanın predmeti Neron TP böyük radiuslu çoxməqsədli maşın olub. Alman tərəfdən isə Almaniya müdafiə nazirliyi adından Airbus şirkəti çıxış edib.
Mətbuatda verilən məlumata görə şirkət bu razılaşmadan 600 milyon avro əldə edəcək. Qalan hissə isə, aerodromlardan, idarəetmə mərkəzindən və başqa infrastrukturlardan istifadəyə görə İsrail hakimiyyətinə veriləcək.
"Bu, İsrail hərbi sənayesinin möhtəşəm uğurudur və İsrail iqtisadiyatına əhəmiyyətli köməkdir. Bu razılaşma İsrail və Almaniya arasında strateji tərəfdaşlığı əks etdirir" - Netanyahu bildirib.