Avropadan bəyannamə: Müsəlmanları öldürməyin!

Avropadan bəyannamə: Müsəlmanları öldürməyin!

15 İyun 2018 05:24
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamentinin Strasburq toplantısında Myanma hökumətinin arakanlı müsəlmanlara qarşı sistematik soyqırımının təcili surətdə dayandırılması ilə bağlı bəyannamə qəbul edilib.

Axar.az xəbər verir ki, bəyannamədə müsəlmanların yaşadığı evlərin yandırılmasına, qadın və qızlara qarşı zorakı hallara son qoyulması çağırışı edilib.

Qərarda həmçinin evlərinə qayıtmaq istəyən arakanlı müsəlmanlara gərəkli şəraitin yaradılması üçün də Myanma ilə yanaşı, Banqladeşin də lazımi tədbirlər görməli olduğu deyilib.