
"Müsəlman qardaşları" təşkilatı Misirdən üzr istəməsini tələb etdi
MİGnews saytının məlumatına görə, "Müsəlman qardaşları" təşkilatı Misirdən üzr istəməsini tələb edib. Belə ki, son günlər ordu əhaliyə silah qaldırıb. Təşkilat əhali ilə güc strukturları arasında yaşanmış münaqişəyə görə Misirin hərbi komandanlığını günahkar bildiyini bəyan edib.
"Müsəlman qardaşları" islam hərəkatı bəyanatında qeyd edib ki, 9 nəfərin ölümü və yüzlərlə insanın xəsarəti ilə nəticələnən qanlı münaqişə obyektiv ekspertlər tərəfindən araşdırılmalı və cinayətkarlar cəzalarını almalıdırlar.
O.M.
Digər xəbərlər