ABŞ əks-kəşfiyyatından DÇ-2018-lə bağlı - Xəbərdarlıq

ABŞ əks-kəşfiyyatından DÇ-2018-lə bağlı - Xəbərdarlıq

13 İyun 2018 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ əks-kəşfiyyatı Rusiyadakı futbol üzrə dünya çempionatına gedən amerikalılara özləri ilə elektron alətlər götürməməklə bağlı çağırış edib.

Bu barədə məlumatı ABŞ Əks-kəşfiyyat Milli İdarəsinin rəhbəri Uilyam Evanina yayıb. Onun sözlərinə görə, elektron avadanlıqların Rusiya hakerlər və hökumət nümayəndələri tərəfindən sındırılması ehtimalı böyükdür. O, xüsusi təhdidin yüksək vəzifəli biznesmenlər və dövlət məmurlarına qarşı olduğunu deyib.

Qeyd edək ki, bundan öncə analoji bəyanatı Britaniya kəşfiyyatı da yayıb. (axar.az)