Dmitri Medvedev Barak Obamanı yerində oturtdu

Dmitri Medvedev Barak Obamanı yerində oturtdu

17 Dekabr 2011 18:09
Bəyəndim (0) Bəyənmədim (0)
"Tənqidi sözlər ürəkdən, yoxsa başqa orqandan deyilsə də, biz bu fikirləri qəbul etməyəcəyik"

Rusiya Prezidenti Dmitriy Medvedev bu gün partiya silahdaşları ilə görüşü zamanı amerikalı həmkarı Obama ilə söhbətini xatırladı. İtar-Tass xəbər agentliyinin məlumatına görə, prezident bu mövzuya toxunarkən rişxəndlə danışırdı: "Mən ona bir şeyi deməyə məcbur oldum. Siz bizim seçkilər haqda istədiyinizi deyə bilərsiniz, öz işinizdir. Düzünü desəm, bu, bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Biz böyük, müstəqil ölkəyik, bizimlə ölçüb biçib danışmaq lazımdır."

Prezidentin sözlərinə görə, ABŞ hələ də soyuq müharibənin qanunları ilə hərəkət edir:

"Tənqidi sözlər hansı demokratik hisslərdən deyilib, bilmirik. Ürəkdən, yoxsa başqa orqandan deyilsə də, biz bu fikirləri qəbul etməyəcəyik. Küçə - ABŞ Dövlət Departamenti deyil, bizim insanların duyğularını ifadə etdikləri yerdir. O ki qaldı ABŞ Dövlət Departamentinə, o, bizim idarə orqanı deyil" deyən Vladimir Putin mədəni surətdə Barak Obamanı yerində oturtduğunu bildirdi.

Böyük dövlətləri yerində oturdan olmasa da, bir gün yerə uzadan tapılacaq...

Sərvər Aslanov

O.M.