Rusiya parlamentinin yeni spikeri Sergey Narışkin olacaq

Rusiya parlamentinin yeni spikeri Sergey Narışkin olacaq

17 Dekabr 2011 16:39
Bəyəndim (0) Bəyənmədim (0)
"Единая Россия (Vahid Rusiya)" partiyası bu namizəddə israrlıdır

Rusiyanın hakim "Единая Россия (Vahid Rusiya)" partiyası Dövlət Dumasının spikeri vəzifəsinə hazırkı Prezident Administrasiyasının rəhbəri Sergey Narışkini namizəd verəcək. İnterfax xəbər agentliyinin məlumatına görə, bunu partiyanın Ali Soveti Rəyasət Heyəti katibinin birinci müavini Andrey İsayev jurnalistlərə açıqlamasında deyib. Qeyd edək ki, S.Narışkin hakim partiyanın Leninqrad vilayəti üzrə seçki siyahısına başçılıq edirdi.

Rusiya prezidentinin partiya fəalları ilə toplantısına həsr olunmuş mətbuat konfransında "Единая Россия (Vahid Rusiya)" partiyası adından S.Narışkinin ünvanına xoş sözlər söylənildi.

Dmitriy Medvedev prezidentlik vəzifəsini ona vəd olunmuş Baş nazir və yaxın silahdaşına veriləcək Parlament spikeri vəzifələrinə dəyişir...

Murad Şahməmmədov

O.M.