Suriyada tarixi qərar: Müharibə bitirmi?

Suriyada tarixi qərar: Müharibə bitirmi?

11 İyun 2018 08:51
Bəyəndim (0) Bəyənmədim (0)

Demokratik Suriya Qüvvələrinin siyasi qanadı Demokratik Suriya Məclisi ölkə lideri Bəşər Əsədin dialoq təklifini qəbul etdiklərini açıqlayıb.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, məclisin yaydığı açıqlamada axan qanı durdurmaq üçün danışıqlara getməyin daha doğru yol olduğu bildirilib:

"Suriya hökuməti danışıqlara başlamaqla bağlı çağırış etdikdən sonra tərəddüdsüz şəkildə bu qərarı qəbul etdik. Hökumətin bununla bağlı açıqlamalarını müsbət qiymətləndiririk. Xalqın bütün təmsilçilərinin bir araya gəlməsi, birtərəfli siyasətin başa çatmasına ümid edirik. Bildiririk ki, demokratik Suriyanın qurulması üçün bütün tərəfləri qane edəcək bir Konstitusiyanın qəbul edilməsi yeganə çıxış yoludur".

Qeyd edək ki, bir qədər əvvəl Suriya lideri Bəşər Əsəd DSQ-yə dialoq çağırışı edərək, "əgər müzakirələr nəticə verməsə, işğalda olan bölgələri silah gücünə azad edəcəyik" demişdi.