
Qazaxıstan prezidenti yatırılmış qiyamın təşkilatçılarını cəzalandıracaq
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev şənbə günü Janaozen hadisələri ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi. O bildirdi ki, xüsusi tapşırıqla ölkənin Daxili İşlər naziri Kalmuxanbet Kasımovun rəhbərliyi altında operativ-istintaq qrupu yaradılıb: "Həmin komissiya çaxnaşmanın təşkilatçılarını aşkar edib cəzalandıracaq, şəhərdə ictimai asayişi bərpa edəcək". Prezidentin məlumatına görə, şəhərdə və ümumən ölkədə vəziyyət stabildir və nəzarət altındadır.
O.M.
Digər xəbərlər