
Almaniyada türklərə hücum: 5 ağır yaralı
Almaniyanın Altena şəhərində yük avtomobili idarə edən sürücü məscid çıxışında vətəndaşları vurub.
Axar.az xəbər verir ki, sürücü səki ilə hərəkət edən insanların üzərinə çıxıb. Hadisə zamanı 5 türk ağır yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya çatdırılıb. Yaralanan arasında Almaniyada fəaliyyət göstərən Türk-İslam Din Məsələləri Birliyinin din adamlarının da olduğu qeyd olunub.
Hadisənin terror aktı olma ehtimalı araşdırılır.
Digər xəbərlər