Merkel: "Trampla aramızda ciddi fikir ayrılığı var"

Merkel: "Trampla aramızda ciddi fikir ayrılığı var"

10 İyun 2018 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Trampla aramızda nəzərə çarpacaq qədər fikir ayrılıqları var.

Azadinform xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel G7 zirvəsi zamanı keçirilən mətbuat konfransında söyləyib. O, Donald Trampla birbaşa ünsiyyət qurmaq imkanına sahib olmasını yüksək qiymətləndirib.

Merkel zirvədəki görüşlərdə gərgin müzakirələr aparıldığını və yekun hesabatı gözlədiyini deyib:

"Burada ABŞ ilə Avropa Birliyi arasında fərqli fikirlər var. Bunları qiymətləndirməyə qərar verdik, ancaq bu fərqlilik məsələsi həll edilməyib".

Rusiyanın G8-ə qatılma ehtimalı barədə danışan Merkel Minsk razılaşmasının müddəaları tətbiq edildikdən sonra Rusiyanın dəyirmi masada yer ala biləcəyini bildirib.