Tunisin yeni rəhbəri prezident iqamətgahlarını satır

Tunisin yeni rəhbəri prezident iqamətgahlarını satır

17 Dekabr 2011 14:11
Bəyəndim (0) Bəyənmədim (0)
İddiaya görə, əldə olunacaq vəsait ölkədə yeni iş yerlənin açılmasına yönəldiləcək


Monsef əl Marzuki sabiq prezidentə aid iqamətgahların böyük qismini satışa çıxaracaq. MIGnews.com saytının məlumatına görə, əldə olunan vəsait ölkədə yeni iş yerlənin açılmasına yönəldiləcək. Qeyd edək ki, sabiq prezident Zeynəl Abidin Bin Əli və onun həyat yoldaşı Leyla Trabelsi hədsiz israfçılıqda ittiham olunurdular. 20 il ərzində prezident ailəsi onlarla iqamətgahın inşasına milyardlarla dollar xərcləmişdi. Məşhur Hammamet sarayı onlardan ən möhtəşəmidir.

Yeni prezidentin fikrincə, işsizlik müasir Tunisin ən böyük problemidir. Əgər 2010-cu ildə əhalinin 13%-i işsiz idisə, indi bu rəqəm 18,3%-ə qədər yüksəlib. Əsasən gənclər iş tapa bilmirlər.

Xatırladaq ki, ötən il Tunisdə başlayan etiraz aksiyaları "Yasəmən inqilabı" ilə nəticələndi. 14 yanvar günü prezident Zeynəl Abidin Bin Əli Səudiyyə Ərəbistanına qaçmalı oldu. Ertəsi gün isə ölkənin Konstitusiya Şurası tərəfindən vəzifədən azad edildi.

Qəribədir, ölkədə səfalət və işsizlik hökm sürürsə, prezident sarayları kimə satılacaq, əcnəbilərə? Onsuz da ölkə bütövlükdə Qərb dövlətinə satılıb...

Sərvər Aslanov

O.M.