Pentaqon rəhbəri qəflətən Liviyaya getdi

Pentaqon rəhbəri qəflətən Liviyaya getdi

17 Dekabr 2011 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Müdafiə naziri Leon Panetta şənbə günü gözlənilmədən Liviyaya səfər etdi. Onun bu ölkədə cəmi bir neçə saat qalacağı gözlənilir. Pentaqon rəhbərinin Liviya Baş naziri Abel Rəhimlə və Müdafiə naziri Usama Cuili ilə görüşəcəyi planlaşdırılıb. İnterfax xəbər agentliyinin məlumatına görə, bu hadisə həm də ABŞ Müdafiə nazirinin Liviyaya ilk səfəri kimi əlamətdardır. Bundan qabaq Pentaqon rəhbərlərindən heç biri Liviyaya səfər etməmişdi.

Xatırladaq ki, Leon Panettanın qəfil səfəri ABŞ-ın Liviyaya qarşı yönəltdiyi sanksiyaları ləğv etməsindən sonra baş tutub. Hazırda yalnız Qəddafi ailəsinin və bu ailəyə yaxın olan insanların bank hesabları dondurulmuş olaraq qalır.

Vəzifə hədiyyə verildi, qaldı nefti bölmək...

Sərvər Aslanov

O.M.