VIDEO-Dövlət Dumasına porno ulduz deputat seçildi

VIDEO-Dövlət Dumasına porno ulduz deputat seçildi

16 Dekabr 2011 13:51
Bəyəndim (0) Bəyənmədim (0)
Görünür, gənc deputat Putinin yeni məşuqəsidir

Rusiya Dövlət Dumasının 6-cı çağırışının nəticələrinə görə, 2 il əvvəl "Playboy" jurnalına çılpaq şəkillər çəkdirmiş 27 yaşlı porno aktrisa Mariya Kojevnikova millət vəkili seçilib. The Daily Mail saytının məlumatına görə, aktrisa lüt bədəni ilə həm jurnalın üz qabığını, həm də 7 səhifəsini "bəzəyib". Məlumatda o da bildirilir ki, Mariya Kojevnikova məşhur xokkeyçi, ikiqat olimpiya çempionu Aleksandr Kojevnikovun qızıdır. 2002-ci ildə Mariya "Sevgi macəraları" qrupunun solisti oldu. O, 2005-ci ildən etibarən bədii filmlərə çəkilməyə başladı. "Dişi canavar", "Üç nəfər və qar dənəciyi" filmlərində rol aldı. 2008-ci ildə isə "Univer" adlı məşhur sitkomla daha da məşhurlaşdı.

Xatırladaq ki, Anna Çapman kimi o da siyasi karyerasını "Vahid Rusiya" partiyasının "Gənc Qvardiya" adlı gənclər təşkilatından başlayıb. Hazırda o, təşkilatın siyasi şurasının üzvüdür. Bu ilin iyul ayında porno ulduz hakim "Vahid Rusiya" partiyasından deputatlığa namizəd verilib.

Aktrisanın sözlərinə görə, deputat seçilməyi onun həyatının böyük hadisəsinə çevrilib. Belə ki, o, Dövlət Dumasında ilk növbədə gənclərin problemlərini qaldıracağına söz verib.

The Daily Mail saytı onu da bildirir ki, Kojevnikovlar ailəsi Putinə yaxın olduğu üçün Mariya millət vəkili mandatını ala bilib. Sayt istehzalı şəkildə bir faktı da oxucularına xatırladıb: "Mariya da bir zamanlar Putinin məşuqəsi olmuş, sonradan deputat seçilmiş Alina Kabayeva kimi 16 yaşından gimnastika ilə məşğul olur, "Playboy" jurnalında çəkilib və onun qədər yaraşıqlıdır".

Rusiya parlamentinə seçilmiş millət vəkili, təbii ki, rus millətinin təmsilçisidir...

Murad Şahməmmədov

O.M.