Ukraynalı nazir: "Moskvanı yandırmaq lazımdı"
Ukraynanın infrastruktur naziri Vladimir Omelyan rəsmi Kreml barədə qalmaqallı fikirlər səsləndirib.
Qaynarinfo xəbər verir ki, "Facebook" hesabından açıqlama verən nazir barbarların əldə edə bilmədiyi şeyləri məhvetməyə çalışdığını deyib və Moskva ilə əlaqə saxlayan siyasətçiləri tənqid edib. O bildirib ki, Moskvanın tərbiyə edilməsi, dəyişdirilməsi mümkün deyil, sadəcə yandırmaq lazımdır.
Qeyd edək ki, oxşar fikirlər daha əvvəl digər ukraynalı siyasətçilər tərəfindən də səsləndirilmişdi. Vəkil İqor MosiyçukRusiyanı Krım körpüsünü dağıtmaqla hədələmişdi.
Digər xəbərlər