
VİDEO-Timoşenkonun razılığı olmadan onu telefona çəkdilər
İnternetdə Kiyev şəhəri İstintaq təcridxanasının hospitalında saxlanılan Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun yeni video görüntüsü yer alıb. Newsru.ua saytının məlumatına görə, bir müddət əvvəl Y.Timoşenko saxlanılma şəraitindən şikayət etdiyi halda indiki şəraiti pis deyil.
Mobil telefona çəkilən süjetdə onun 206-cı palataya gəlmiş insanlarla dilləşdiyi açıq-aydın görünür.
Məhbusun vəkilinin sözlərinə görə, görüntüləri Ukrayna Təhlükəsizlik xidmətinin polkovniki lentə köçürüb. Lakin məhbus Timoşenko buna qətiyyətlə narazılıq edib. Vəkil Sergey Vlasenko faktı şərh edərkən deyib: "Əminəm ki, qanunu pozmuş poqonlu heyvanın adı bütün Ukrayna xalqına elan olunacaq. Çünki xalq bu cür heyvanları tanımalıdır".
Qanunu pozan poqonlu heyvanlar çox olduqca insanların qədri bilinəcək...
Sərvər Aslanov
O.M.