
VİDEO-Dekabristlər mitinqinə gələnlər internet istifadəçiləri idi
Şənbə günü Moskvanın "Bolotnaya" meydanında 20-150 min arasında nümayişçi toplaşmışdı. Onlar Rusiya parlamentinə seçkilər zamanı kütləvi qanunsuzluğa və saxtakarlığa yol verildiyini iddia edirdilər. Adətən nümayişlərə sosial cəhətdən gərgin vəziyyətdə olan kütlələr çıxdığı halda, bu dəfə maddi cəhətdən imkanlılar bir araya toplaşmışdılar. Daha dəqiq desək, mitinq iştirakçıları kasıblar deyildilər, aktiv internet istifadəçiləri idilər. Hansılar ki, sosial şəbəkələr vasitəsilə bir araya gəlib pozulmuş hüquqlarını bərpa etməyə çalışırdılar. Heç təsadüfi deyil ki, mitinq iştirakçıları bunu özləri etiraf edirdilər. Hətta etirazlar zamanı radikal fikirlər səsləndirən, inqilaba çağırışlar edən müəyyən təxribatçı qüvvələr də elə etirazçılar tərəfindən polisə verildi. Belə çıxırdı ki, onlar Vladimir Putinə qarşı deyil, Rutinin törətdiyi qanunsuzluğa qarşı idilər.
Bir sözlə, sonuncu mitinqi burjuaziyanın Dekabristlər mitinqi də adlandırmaq olar.
Xatırladaq ki, dünən xalqla canlı təmas zamanı V.Putin qeyd etmişdi ki, "Bolotnaya" meydanında mitinqə gələnlərə cibxərcliyi verənlər olub. Baş nazirin bu çıxışı internet etirazçılarının narazılığına səbəb oldu. Onlar sosial şəbəkələrdə kəskin fikirlər yazmağa başladılar: "Bizim pula ehtiyacımız yoxdur, demokratiyaya ehtiyacımız var. V.Putin bu kəlmələri işlətməklə vicdansızlıq etmiş oldu".
İnternet və onun ayrılmaz parçası olan sosial şəbəkələr vasitəsilə formalaşmış virtual jurnalistika təsirli ictimai nəzarət mexanizminə çevrilməkdədir...
Sərvər Aslanov
O.M.