
V.Putin: "Qəddafini Liviya müxalifəti deyil, ABŞ xüsusi təyinatlıları qətlə yetirib"
ABŞ Dövlət Departamenti və Pentaqon Vladimir Putinin dünənki canlı çıxışında səsləndirdiyi fikri qətiyyətlə təkzib etdi. Rusiya prezidentliyinə real namizəd olan V.Putin sabiq diktator Müəmmar Qəddafinin müxalifətçilər tərəfindən deyil, ABŞ xüsusi xidmət orqanlarının hərbçiləri tərəfindən qətlə yetirildiyini bildirdib: "Bütün dünyaya göstərdilər ki, onu qan içində, vəhşicəsinə öldürdülər. Məgər demokratiya budur? Bunu kim elədi? Pilotsuz təyyarələr dəstəni atəşə tutdular, o cümlədən ABŞ təyyarələri. Sonra hadisə yerində olan xüsusi təyinatlılar radio vasitəsi ilə müxalifətçi adlanan yaraqlıları oraya topladılar. Halbuki xüsusi təyinatlılar hadisə yerində olmamalı idilər. İstintaqsız, məhkəməsiz onu məhv etdilər."
V.Putinin ABŞ-a qarşı sərt ittihamı cavabsız qalmadı. İnterfax xəbər agentliyinin məlumatına görə, Pentaqonun rəsmi nümayəndələri səslənən fikri bir-birinin ardınca qətiyyətlə rədd etdilər: "Polkovnik Qəddafinin qətlində ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin iştirak etdiyini söyləmək gülüncdür. Əməliyyat dövründə ABŞ Liviyaya quru qoşunlar göndərməmişdi. "
Şah qanun olanda qanun təlxəyə çevrilir...
Fuad Borçalı
O.M.