
"Bizi Avropa Parlamentinin fikri qətiyyən maraqlandırmır"
Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedev Brüsseldə keçirilən Rusiya-Avropa Birliyi sammitində olarkən sensasiyalı bəyanatla çıxış edib. O, Rusiyadakı son seçkilərlə bağlı Avropa Parlamentinin tənqidi fikirlərini təhlil edərkən deyib: "Avropa Parlamentinin fikri bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar mənim üçün heç nədirlər. Bu, bizim seçkilərdir. Avropanın buna seç bir aidiyyəti yoxdur". ИТАР-ТАСС xəbər agentliyinin məlumatına görə, Medvedev yeni parlamentdə təmsil olunan bütün fraksiyaların onunla eyni fikirdə olduğunu bildirib: "Görün sizin özünüzün nə qədər problemləriniz var. Avropada rusdilli əhali ilə bağlı problemlərə biz göz yuma bilmərik. Avropa Birliyi ölkələrində ksenofobiya, ekstremizm, neonasizm kimi həlli vacib problemlər mövcuddur."
Bununla belə, sammitin nəticələrinə dair yekun bəyanatda qeyd olundu ki, Rusiya Avropa Birliyinin strateji tərəfdaşı olmaqda qalır.
Avropa dəyərləri ikiüzlülüyü tərənnüm edir...
Sərvər Aslanov
O.M.