Ukrayna bütün sahələrdə Moskvaya hücuma keçdi

Ukrayna bütün sahələrdə Moskvaya hücuma keçdi

25 May 2018 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya şəhərlərindən Krıma uçuş üçün aviabiletlər satan Ukrayna şirkətlərinin fəaliyyətinin dayandırılması Rusiyaya qarşı hazırlanmış təxribatların bir hissəsidir.

Bu sözləri Krım İctimai Palatasının rəhbəri Qriqori İoffe deyib.

"Son günlərdə Ukrayna hakimiyyətinin bütün sahələrdə Rusiya Federasiyasına hücuma keçdiyini göstərən məlumatlar daxil olur. Bütün bunlar həyasızcasına, əsassız və tamamilə hüquqa zidd şəkildə həyata keçirilir. Aydındır ki, qarşıya mümkün olduğu qədər səs-küy salmaq və təxribat törətmək tapşırığı qoyulub", - palata rəhbəri bildirib.

Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya şəhərlərindən Krıma bilet satışı ilə məşğul olan kommersiya təşkilatlarının fəaliyyətini bloklamışdı. Axar.az