“ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”

“ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”

25 May 2018 08:56
Bəyəndim (0) Bəyənmədim (0)

"ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur".

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Senatda keçirilmiş dinləmələr zamanı senator Ben Kardin M.Pompeodan İranda hakimiyyətin dəyişməsinin ABŞ-ın məqsədi olub-olmadığını soruşub.

"Xeyr, ser", - deyə Pompeo cavabında bildirib.

Dinləmələrdə ABŞ-da yaşayan və Vaşinqtonun Tehrana qarşı sərt siyasəti dəstəkləyən bir qrup iranlı iştirak edib. APA