
"Hazırkı söyüş məni xeyli güldürdü, hətta sevindirdi də"
Rusiya prezidentliyinə real namizəd, hazırkı Baş nazir Vladimir Putin sayca 10 dəfədir ki, canlı yayında ölkə sakinlərinin suallarına cavab verdi. O, çıxışı zamanı seçici bülletenində söyüş yazılması faktına da toxundu. V.Putin həmin bülletenin şəklini internetdə şəxsən gördüyünü, buna qətiyyən əsəbiləşmədiyini bildirdi: "bu işlərdə yeni heç nə yoxdur. Əsrin əvvəllərində biz Qafqazda antiterror əməliyyatları apararkən bundan da betər yazılara və karikaturalara rast gəlirdim. Hazırkı söyüş məni xeyli güldürdü, hətta sevindirdi də." Məsələyə istehza ilə yanaşan Baş nazir daha sonra əlavə etdi: "Mən bütün əhalini seçkilərə dəvət etdim, onlar da mənə qulaq asıb gəldilər. Mən onlara minnətdaram".
Xatırladaq ki, 04 dekabr parlament seçkiləri zamanı London seçki dairəsində naməlum rusiyalı bülletenin üstünə "Putin, s...ir burdan" söyüşünü yazmışdı. Həmin bülletenin fotosu Rusiyanın "Kommersant" qəzetində nəşr edildiyi üçün sonradan qəzetin Baş redaktoru işdən qovuldu.
Orta və yaşlı nəslin nümayəndələri bilirlər ki, ruslarda salamlaşma elə söyüşlə başlayır...
Murad Şahməmmədov
O.M.