ABŞ Venesuelada keçirilən prezident seçkilərini tanımayıb

ABŞ Venesuelada keçirilən prezident seçkilərini tanımayıb

21 May 2018 06:15
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti Venesuelada keçirilən prezident seçkilərini tanımayıb.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

"Venesuelada keçirilən qondarma seçkilər legitim deyil. ABŞ demokratik ölkələrlə birlikdə Venesuela xalqını və onun azad, ədalətli seçkilərlə öz nümayəndəsini suveren seçmək hüququnu dəstəkləyir", - deyə Nauert "Twitter"də yazıb.

Mayın 20-də Venesuelanın prezidenti Nikolas Maduro prezident seçkilərində səs verib. Report