Ərdoğana qarşı sui-qəsd hazırlanıb
Türkiyə kəşfiyyatı Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib
Türkiyə xüsusi xidmət qurumları prezident Rəcəb Tayyip Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib. İnsidentin prezidentin Balkan ölkələrinə səfəri zamanı baş verə biləcəyi bildirilir. TRT telekanalı öz mənbələrinə istinadən bildirib ki, sui-qəsdin hazırlanması barədə məlumatı ilk olaraq Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən əldə edib.
Məlumata görə, sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb.
Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.
Qeyd edək ki, Türkiyə prezidenti bu gün Bosniya və Herseqovinaya səfər edəcək. 9 apa)
Digər xəbərlər