ABŞ MKİ direktoru qadın oldu

ABŞ MKİ direktoru qadın oldu

18 May 2018 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Senatı Cina Haspelin MKİ direktoru vəzifəsinə təyinatını təsdiqləyib

ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Cina Haspelin təyinatını təsdiqləyib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, senatorların əksəriyyəti prezident D.Trampın MKİ rəhbəri vəzifəsinə irəli sürdüyü C.Haspelin namizədliyini dəstəkləyib.

Qeyd edək ki, C.Haspel ABŞ-ın əsas kəşfiyyat qurumlarından biri hesab edilən MKİ-yə rəhbərlik edəcək ilk qadındır. Təyinatadək C.Haspel MKİ direktoru müavini vəzifəsində çalışıb.