
“Belə dostumuz varsa, bizə düşmən lazım deyil”
Avropa Birliyinin (AB) lideri Donald Task ABŞ prezidenti Donald Trampın ünvanına sərt sözlər səsləndirib.
Task birliyə daxil olan ölkələri İranla bağlanan nüvə sazişinə sadiq qalmağa çağırıb:
"Donald Trampın son qərarlarına baxanda ağla gələn ilk bu olur: belə dostlar olduqca, bizə düşmən lazım deyil. Avropanın ona təşəkkür borcu var. Trampın sayəsində aldadıcı xəyallarımızla vidalaşmalı olduq".
Qeyd edək ki, Donald Tramp mayın 12-də yenidən baxılmalı olan İranla bağlanmış nüvə sazişinə qatılmaqdan son anda imtina etmişdi. (Qafqazinfo)
Digər xəbərlər