Britaniya kəşfiyyatının başçısı: "Bandit Rusiyanı dayandırmaq lazımdır"

Britaniya kəşfiyyatının başçısı: "Bandit Rusiyanı dayandırmaq lazımdır"

15 May 2018 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniya kəşfiyyatının rəhbəri xəbərdarlıq edir ki, Putin təcrid roluna düşməklə risq edir.

Moderator.az Devid Çaterin The Times-da dərc olunan məqaləsini oxucuların diqqətinə çatdırır:

"Bu gün (mayın 13-də) Təhlükəsizlik xidmətinin baş direktoru Endryu Parker ilk dəfə olaraq Kremli Solsberidəki zəhərlənmə ilə ittiham edib və qərb demokratiyasını zəiflətmək məqsədi ilə dezinformasiya kampaniyası apardığına görə qınayıb.

Parker Berlində Avropa xüsusi xidmətlərinin rəhbərləri qarşısında çıxış edib. Parker Rusiyaya xəbərdarlıq edib ki, "rus hərbiçilərinin və kəşfiyyat xidmətlərinin aqressiv və çox zərərli hərəkətləri" ölkəni beynəlxalq aləmdən daha çox təcridə gətirib çıxara bilər.

Parker onu da bildirib ki, Breksitə baxmayaraq Britaniya və Avropa arasında təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq öz həyati vacib əhəmiyyətini saxlayır və bu günkü beynəlxalq qeyri-müəyyənlik şəraitində "bizə heç zaman olmadığı halda kollektiv güc lazımdır".

Parker Britaniya xüsusi xidmət rəhbərləri içərisində ilk şəxsdir ki, 66 yaşlı keçmiş rus hərbi kəşfiyyatçısı, Mİ6-nın( Britaniya məxvi kəşfiyyat xidməti) ikiqat agenti Sergey Skripalın və onun 33 yaşlı qızı Yuliyanın zəhərlənməsindən sonra Rusiya mövzusunda hamının qarşısında çıxış edib.

Hökümət artıq bildirib ki, zəhər Rusiya istehsalıdır və barmağı ilə Kremli nişan verib. Amma, Parkerin bu işə qarışması Putinə qarşı təzyiqi gücləndirəcək.

2013-cü ildən Mİ5-ə rəhbərlik edən Parker Solsberidəki insidenti " Qabaqcadan düşünülmüş və məqsədyönlü düşmənçilik aktı" adlandırıb və buna görə, nəticədə Rusiya "daha da təcrid olunmuş izqoy" ola bilər.

O eyni zamanda bu zəhərləmədən sonra Rusiyanın misilsiz dezinformasiya kampanlyasını mühakimə edib və " onların təbliğat maşınından tökülən və insanları yalnışlığa sürükləyən bu yalan selinin, yarımhəqiqətin üstünə işıq salmağın"zəruriliyini bildirib.

Parker Rusiyanın informasiya müharibəsində təşəbbüsü ələ almasından yaranan narahatçılığın gücləndiyi bir vaxtda çıxışını edib. Britaniya təhlükəsizlik xidmətləri və hüquq mühafizə orqanları isə nisbi sakitliyini saxlayır.

Parker hələ 2016-cı ildə Britaniyaya Rusiyanın sirli kibernetik fəaliyyəti barədə xəbərdarlıq edib. O bildirib ki, Avropöa xüsusi xidmətlərinin beş il əvvəlki vaxtla müqayisədə daha səmərəli əməkdaşlığı tanınmaz dərəcədə dəyişib və indi kəşfiyyat məlumatlarının mübadiləsi real zaman rejimində aparılır". Hər həftə minlərlə məlumat müasir qapalı şəbəkələr vasitəsilə mübadilə olunur.