Almaniya: ABŞ-a qarşı sərt siyasət yeridəcəyik

Almaniya: ABŞ-a qarşı sərt siyasət yeridəcəyik

12 May 2018 20:29
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın birtərəfli qərarı Berlin və Vaşinqton arasındakı münasibətlərə mənfi təsir edib.

Axar.az xəbər verir ki, bu sözləri "Der Şpiqel"ə Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib. O bildirib ki, ABŞ bu addımı ilə müttəfiqlərinin arqumentlərini ciddi qəbul etməyə istəkli olmadığını göstərib:

"Artıq ABŞ-a qarşı sərt siyasət aparılacaq. Milli maraqlarımızdan söhbət gedən zaman ABŞ-a qarşı daha sərt mövqe tutacağıq. Danışmağa, müzakirə etməyə və lazım olduğunda maraqlarımız üçün mübarizə aparmağa hazırıq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün öncə İranla nüvə anlaşmasından çıxdığını bəyan edib.