Rəsmi Ankara "erməni soyqırımı" ilə bağlı bəyanat verdi

Rəsmi Ankara "erməni soyqırımı" ilə bağlı bəyanat verdi

10 Dekabr 2011 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Xarici İşlər Nazirliyi qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı Türkiyə və Ermənistan arasında yaranmış tarixi problemin dialoq yolu ilə həll edilməsi üçün rəsmi Ankaranın Fransa tərəfindən böyük səy göstəriləcəyinə ümid bəslədiyini bildirib. "Anadolu" xəbər agentliyinin məlumatında bildirilir ki, XİN-dən verilən yazılı açıqlamada deyilir: "Türkiyənin və Fransanın ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarını artıra biləcəkləri bir dövrdə, bağışlanılması mümkün olmayacaq addımların atılmayacağına ümid edilir. Bu cür addımların irəliləməsinin məsuliyyəti də, bu cəhdi göstərən insanların üzərinə düşəcək. Fransadan gözlədiyimiz budur ki, Türkiyə və Ermənistan arasında yaranmış tarixi münaqişənin dialoq yolu ilə həll edilməsi üçün səy göstərsin".

O.M.