Heydər Əliyev həmişə ona bəslənən ümidləri doğruldub

Heydər Əliyev həmişə ona bəslənən ümidləri doğruldub

10 May 2018 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb"

Bunu Milli Məclisin Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən təntənəli iclasında spiker Oqtay Əsədov deyib.

Spiker bildirib ki, Heydər Əliyev həmişə ona bəslənən ümidləri doğruldub: "1990-cı illərin əvvəllərində hərc-mərclik ölkəni uçuruma aparırdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövləti xilas oldu, inkişaf yoluna qədəm qoydu. Onun 1993-2003-cü illərdə həyata keçirdiyi işlər miqyasına görə insanı heyrətə gətirir. Ölkə daxilində möhkəm ictima-siyasi sabitlik təmin edildi".

O.Əsədov qeyd edib ki, Azərbaycanın xoşbəxt gələcəyi naminə Heydər Əliyev siyasi kursu hazırki prezident İlham Əliyev tərəfindən davam etdirilir.(azvision.az)