Azərbaycan bu problemlərdən uğurla qorunur

Azərbaycan bu problemlərdən uğurla qorunur

8 May 2018 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Dünya çox çətin dövrdə yaşayır. Son iyirmi ildə onlarla ölkə bir anın içində vətəndaş müharibəsinə sürüklənib, dövlətçiliyini, müstəqillyini itirib, milyonlarla əhali qaçqına çevrilib".

Mediainfo.az-ın azvision.az-a istinadən məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib. Nazir bildirib ki, yaşadığımız bölgənin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı müharibələr yaşanır:

"Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər. LakinPrezident İlham Əliyevin düzgün siyasəti, müdrik qərarları nəticəsində Azərbaycan bu problemlərdən uğurla qorunur, ictimai sabitlik, kriminogen durum ciddi nəzarət altında saxlanılır".