Səudiyyə Ərəbistanı Yəmənin Prezident Sarayını vurdu

Səudiyyə Ərəbistanı Yəmənin Prezident Sarayını vurdu

7 May 2018 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının başçılq etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sana şəhərində husilərin nəzarəti altında olan prezident sarayına iki hava hücumu həyata keçirib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, sarayın bir hissəsi dağılıb.

6 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığını bildirilir.

Qeyd edək ki, İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından Sanaya və ölkənin bəzi bölgələrinə nəzarət edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən Yəmən hökumətinə dəstək verir və bu ölkədə qiyamçılara qarşı əməliyyatlar həyata keçirir.