Rusiyanın sabiq baş naziri: "Putin Mübarək, Çauşesku, Qəddafi kimi gedəcək"

Rusiyanın sabiq baş naziri: "Putin Mübarək, Çauşesku, Qəddafi kimi gedəcək"

9 Dekabr 2011 14:32
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni ziyalıları Rusiya iqtidarına qarşı çıxırlar

Ermənistanın Tert.am saytının məlumatına görə, 2000-2004-cü illərdə Rusiyanın baş naziri olmuş Mixail Kasyanov 1-5 dekabr tarixlərində müşahidəçi qismində Rusiyada səfərdə olmuş erməni deputatları ilə görüşüb. "Miras" parlament qrupunun deputatı Zaruhi Bostancanla görüşü zamanı Rusiya xalq-demokratik ittifaqının rəhbəri M.Kasyanov kəskin fikirlərini səsləndirib:

"Putin Mübarək, Çauşesku, Qəddafi kimi gedəcək. Putin qalmayacaq".

Ermənistan nümayəndə heyətinin üzvü Zaruhi Bostancan da seçkilər barədə tənqidi danışıb:

"Biz 20-dən artıq seçki məntəqəsində olduq. Çoxlu qanun pozuntuları ilə qarşılaşdıq. Bu məntəqələrdə açıq səsverməni, qrup şəklində səsverməni, onlarla bülletenin dəstə şəklində qutuya atılmasını gördük. Ümumilikdə bu üsulla iqtidar partiyası 600 saxta səs topladı".

Seçki prosesindən əvvəl erməni deputat Rusiya müxalifətinin aparıcı simalarından olan erməni Harri Kasparovla da görüşmüşdü. Görüş zamanı Harri Kasparov onunla kəskin fikirlərini bölüşmüşdü:
"Bu seçkiləri seçki adlandırmaq olmaz. Çünki əvvəlcədən hazırlanmış ssenari əsasında həyata keçiriləcək".

Bir şey məlumdur ki, erməni ziyalıları Rusiya iqtidarına qarşı çıxmaqla çörəklərinə təpik atmış olacaqlar...

Fuad Borçalı

O.M.