Ərdoğan: Afrində iş bitməyib, İdlib isə…
Afrindəki təmizlik hərəkatı yüz faiz bitmiş deyil. İdlib və Tel Rıfatla bağlı proseslər davam edir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"XİN rəhbərimizin ABŞ-a səfəri olacaq. O səfər zamanı ABŞ Dövlət katibi Mayk Pompeo ilə Menbiç barədə danışacaqlar. Bizlər Menbiçin YPG və PYD-dən təmizlənməsinə hesablanmış addımlar atılmasına ümid edirik", - Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyənin Afrindəki "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başladılıb.Axar.az
Digər xəbərlər