Paşinyan rəsmən baş nazir postuna namizəd oldu

Paşinyan rəsmən baş nazir postuna namizəd oldu

30 Aprel 2018 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan parlamentində təmsil olunan "Çıxış" fraksiyası baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb.

Bu barədə deputat Edmon Marukyan "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, baş nazirin seçilməsi məsələsi mayın 1-də Ermənistan parlamentinin xüsusi iclasında müzakirə olunacaq. Hakim Respublika Partiyasının parlament fraksiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Fraksiyanın rəhbəri Baqram Baqdasaryan vurğulayıb ki, parlamentdə təmsil olunan digər üç siyası güc bir namizəd irəli sürəcək. Partiya mayın 1-də baş nazir seçilməsinə mane olmayacaq.

"Çıxış" partiyası Nikol Paşinyanın namizədliyini irəli sürüb. Ermənistan İnqilab Federasiyası, Daşnaksutyun (EİFD) Nikol Paşinyanın namzidəliyini təklif edib. "Çarukyan" fraksiyası isə "xalqın namizədi"ni dəstəkləməyə qərar verib. Azvision