Əsəd YPG-ni vurdu, ABŞ qırıcıları havaya qalxdı

Əsəd YPG-ni vurdu, ABŞ qırıcıları havaya qalxdı

30 Aprel 2018 07:26
Bəyəndim (0) Bəyənmədim (0)

Əsəd rejimi Suriyanın şimalında və Fəratın şərqində YPG terror qruplaşmasının nəzarətində olan bəzi bölgələri ələ keçirib.

Rejimin ələ keçirdiyi bölgənin Fəratın şərqində İraq sərhədinə yaxın olan bir neçə kənd olduğu bildirilir.

***

Anadolu Agentliyi PKK/YPG-nin Əsəd qüvvələrinə qarşı şiddətli hücum təşkil etdiyi barədə xəbər yayıb.

Bildirilir ki, rejimin ələ keçirdiyi kəndləri geri almaq üçün edilən hücuma ABŞ ordusu havadan dəstək verib. ABŞ qırıcıları və "Apaçi" helikopterləri Əsəd qüvvələrinə ağır aviazərbə endirib. Nəticədə Suriya ordusunun 20 əsgəri ölüb.

Fəratın şərqindəki, Deyr əz-Zorun qərbindəki iki kənd yenidən YPG-nin nəzarətinə keçib. Döyüşdə 5 YPG terrorçusu ölüb(.axar.az)