Azərbaycanla sərhəddə atışma: 11 İŞİD-çi öldürüldü

Azərbaycanla sərhəddə atışma: 11 İŞİD-çi öldürüldü

27 Aprel 2018 06:46
Bəyəndim (0) Bəyənmədim (0)

Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.

Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv ediliblər. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.