Azərbaycan Avropa dəyərlərinə həmişə üstünlük verib

Azərbaycan Avropa dəyərlərinə həmişə üstünlük verib

26 Aprel 2018 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Azərbaycan demokratiya yolu ilə gedir və Avropa dəyərlərinə həmişə üstünlük verib".

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa ŞurasıParlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovqurumun tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hazırladığı hesabatın müzakirəsi zamanı bildirib.

O, azərbaycanlı olduğu üçün fəxr etdiyini deyib: "Bu hesabatda mənim adım da çəkilib və rüşvətxorluqda günahlandırılıram. Mənim ölkəmi rüşvətxorluqda günahlandırmaq belə korrupsiyadır. Siz bir ay bundan əvvəl bu zalda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanı qəbul etdiniz, onu alqışladınız. Ancaq bu gün xalq onun ölkənin baş naziri olmasına etiraz etdi, istefaya getməsinə nail oldu".