Azərbaycan-Türkiyə münasibətləri müzakirə ediləcək

Azərbaycan-Türkiyə münasibətləri müzakirə ediləcək

24 Aprel 2018 06:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Prezident İlham Əliyevin VII Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.