D.Medvedevin Twitter səhifəsində jurnalistin ağzı söyüldü

D.Medvedevin Twitter səhifəsində jurnalistin ağzı söyüldü

7 Dekabr 2011 03:35
Bəyəndim (0) Bəyənmədim (0)
Küçə söyüşləri bir neçə dəqiqədən sonra səhifədən silinsə də, sürətlə internetdə yayılıb

Rusiyanın Newsru.com saytı Газета.ru-ya istinadən məlumat verir ki, dünəndən bu günə keçən gecə, yəni bir neçə dəqiqə bundan əvvəl Rusiya prezidenti Dmitriy Medvedevin Twitter səhifəsində küçə söyüşləri yer alıb. Yazı Konstantin Rıkovun məşhur "juliklər və oğrular" söz birləşməsinə cavabından ibarət idi. Medvedevin səhifəsində yerləşdirilən söyüş dolu ifadədə belə yazılırdı: "Сегодня стало очевидно, что если человек пишет в блоге словосочетание "партия жуликов и воров" он тупо баран е**ный в рот :)"

Cümlənin ikinci hissəsinin sonluğu etik normalara uyğun olmadığından onu tərcümə etmirik. Sadəcə bildirmək istəyirik ki, blogerlərin ortalığa atdıqları "juliklər və oğrular partiyası" söz birləşməsi prezidenti və onun ideoloqlarını bərk əsəbiləşdirib.

Qəribədir ki, Rusiya prezidenti söyüş müəllifinə təşəkkürünü bildirərək yazıb: "Vahid Rusiyanı dəstəklədiyiniz üçün təşəkkür edirəm!"

Prezidentin Twitter səhifəsində yerləşdirilmiş söyüşlü ifadə tez bir zamanda oradan silinsə də, bəzi blogerlər artıq onu internetdə yaymağa müvəffəq olublar.

Xatırladaq ki, məşhur "juliklər və oğrular partiyası" söz birləşməsi tanınmış bloger Aleksey Navalnıy tərəfindən "Final FM" radiosunda ortalığa atılmışdı. Hazırda adıçəkilən bloger 15 sutkalığına həbsə alınsa da, məşhur kəlməsi müxalifətçilərin şüarına çevrilib.

Maraqlıdır ki, iqtidar partiyası "Единая Россия (Vahid Rusiya)" partiyasından deputat seçilən Robert Şleger seçkiqabağı platformasında məhz bu şüardan öz təbliğatında istifadə edərək Twitter səhifəsində yazmışdı: "Julik və oğruların partiyasına səs ver!"

Sovet vaxtı əsgərlikdə olanlar bilirlər ki, rusların salamı da söyüşlə başlayır...

Sərvər Aslanov

O.M.