"Qonşusuna güllə atan ölkəyə az mərmi verin"

"Qonşusuna güllə atan ölkəyə az mərmi verin"

18 Aprel 2018 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ölkənin Yəməndə həyata keçirdiyi siyasəti müzakirə edilib.

Axar.az xəbər verir ki, iclasda çıxış edən komitə üzvləri ABŞ-ın Səudiyyə Ərəbistanına qeyd-şərtsiz yardım göstərməsini tənqid edib.

ABŞ-ın Yəməndə həyata keçirdiyi siyasəti sərt şəkildə tənqid edən senator Bob Menendez Səudiyyə Ərəbistanına göstərilən yardımla bağlı maraqlı müqayisə aparıb:

"Sizin oğlunuz evin arxasındakı baxçada əlindəki tapança ilə qonşularınıza necə gəldi atəş açırsa, ona daha çox güllə verərdiniz, yoxsa az?"