Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb

18 Aprel 2018 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 18-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Mediainfo.az saytının Müdafiə Nazirliyi Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, monitorinq zamanı hər hansı insident qeydə alımayıb.

Xatırladaq ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Mixail Olaru keçiriblər.