Fakir: Xalq öz liderini sərbəst şəkildə seçəcək

Fakir: Xalq öz liderini sərbəst şəkildə seçəcək

9 Aprel 2018 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Biz demokratik dəyərlərə böyük önəm veririk. Azərbaycanda demokratik cəmiyyət mövcuddur. Seçkilər isə demokratiyanın əsas göstəricilərindəndir.

Azadinform xəbər verir ki, bu sözləri sechki-2018.az saytına açıqlamasında İndoneziya xarici işlər nazirinin müavini Əbdürrəhman Məhəmməd Fakir bildirib.

Azərbaycanda prezident seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə keçiriləcəyini qeyd edən nazir müavini deyib: "Aprelin 11-də xalq seçimini edərək öz liderini sərbəst şəkildə seçəcək. Son illər Azərbaycanın qazandığı uğurların şahidiyik. Azərbaycan demokratiyanın inkişaf etdiyi ölkədir. Mən seçkiyə hazırlaşan Azərbaycan xalqına uğurlar arzu edirəm".