ATƏT/DTİHB-nin müşahidə missiyası Azərbaycandadır
ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə edəcək qısamüddətli missiya Azərbaycanda səfərdədir.
Sechki-2018.azxəbər verir ki, qısamüddətli müşahidə missiyasına 280 ekspert daxildir. Daha əvvəl 30 nəfərlik nümayəndə heyəti ilə uzunmüddətli missiya Azərbaycanda səfərdə idi. Missiyaya Korien Yonker başçılıq edir. ATƏT PA, ATƏT DTİHB və AŞPA seçki günü koordinasiyalı şəkildə Bakı və bölgələrdə müşahidə missiyasını həyata keçirəcəklər. Parlamentar Nilza de Sena 3 qurum arasında koordinasiyanı həyata keçirəcək. Seçki ilə bağlı ilkin müşahidə səsvermədən sonrakı gün mətbuat konfransında açıqlanacaq.
Digər xəbərlər
































































































