Türkiyə Rusiyadan daha bir raket alır - Video

Türkiyə Rusiyadan daha bir raket alır - Video

8 Aprel 2018 06:52
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Rusiyadan "Kornet" tank əlehinə raketi almağı planlaşdırır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə həftə içi baş tutan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında müzakirə olunub.

Qeyd edək ki, Rusiya istehsalı olan "Kornet" tank əleyhinə raket kompleksi 5500 metrə qədər məsafədə olan hədəfləri məhv etmək gücündədir. Bu kompleksin çəkisi 26 kiloqram, raketinin kalibri isə 152 millimetrdir. Modernizə edildikdən sonra raket kompleksinin Kornet–E, Kornet–D, Kornet–EM versiyaları hazırlanıb. Müasirləşdirilmiş Kornet–D kompelksinin atış məsafəsi 10 km-ə qədərdir. Kornet-E bu kompleksin eksport versiyasıdır. Kornet-EM isə Kornet-D-nin eksport versiyası hesab edilir.

Bu kompleks Azərbaycan ordusunun silahlanmasında da var.Axar.az