GUAM-ın müşahidə missiyası gələn həftə Azərbaycana gələcək

GUAM-ın müşahidə missiyası gələn həftə Azərbaycana gələcək

6 Aprel 2018 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

GUAM-ın baş katibi Altay Əfəndiyevin rəhbərlik etdiyi təşkilatın müşahidəçilərdən ibarət nümayəndə heyəti Bakıya aprelin 10-da gələcək.

Bu barədə "Report"a təşkilatdan bildiriblər.

Nümayəndə heyətinin səfərinin məqsədi aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin gedişini müşahidə etməkdir.

Qeyd edək ki, GUAM-ın qısamüddətli müşahidə missiyası baş katib də daxil olmaqla, beş nəfərdən ibarətdir.