Məmmədyarov MDB-nin iclasında iştirak edə bilməyib

Məmmədyarov MDB-nin iclasında iştirak edə bilməyib

6 Aprel 2018 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusun paytaxtı Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

İclasın açılışını Belarus Xarici İşlər naziri Vladimir Makey və MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev edib. İclasda 7 ölkə xarici işlər naziri səviyyəsində təmsil olunub. Bu ölkələr sırasında Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan və Belarus yer alıb.

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda konfransının keçirilməsi ilə əlaqədar Minskə gedə bilməyib. Azərbaycanı iclasda xarici işlər nazirinin müavininin təmsil edəcəyi vurğulanıb.

Görüşdə 13 məsələ müzakirə olunacaq.(axar.az)