“Putin-Ərdoğan-Ruhani – Qorxulu ittifaq”

“Putin-Ərdoğan-Ruhani – Qorxulu ittifaq”

5 Aprel 2018 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Suriya məsələlərinə həsr olunmuş üçtərəfli zirvə toplantısı Almaniyada təşvişlə qarşılanıb.

Almaniyanın nüfuzlu "Der Şpiqel" qəzeti liderlərin toplantısını "Qorxulu ittifaq" kimi təqdim edib.

Yazıda Suriya zirvəsinin səbəb və nəticələrindən bəhs edilib, üç ölkənin bölgədə getdikcə güclənməsi vurğulanıb.

Qeyd edək ki, Suriya zirvəsi ötən gün baş tutub.(axar.az)