Latviyada rus dilinln işlədilməsi qadağan edildi

Latviyada rus dilinln işlədilməsi qadağan edildi

2 Aprel 2018 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Latviya prezidenti Raymond Beyonis milli azlıqların məktəblərində latış dilində tədrisə keçilməsi ilə bağlı qanun imzalayıb. Bu barədə dövlət başçısının dəftərxanasının mətbuat xidməti məlumat yayıb.

Artıq Latviyada orta təhsil ancaq dövlət dilində tədris ediləcək.

Prezident bildirib ki, bu tədbir bütün məktəblilərə keyfiyyətli təhsil almağa və Latviyada öz həyatlarını qurmağa imkan verəcək. Beyonis qeyd edib ki, bu qərar daha vahid cəmiyyət yaradacaq və ölkəni gücləndirəcək.

Ehtimal edilir ki, qərar 2019-cu ilin sentyabrın 1-dən tətbiq ediləcək.

Qeyd edək ki, Latviyada 2 milyondan bir qədər az insan yaşayır. Onların təxminən 40 faizi rusdillilərdir. Ölkədə yeganə rəsmi dil - latış dilidir(qafqazinfo)