Bu addım Rusiyanı Donbasdan çıxaracaq

Bu addım Rusiyanı Donbasdan çıxaracaq

1 Aprel 2018 18:30
Bəyəndim (0) Bəyənmədim (0)

Sülhməramlı missiyanın yerləşdirilməsi Rusiyanı qoşunlarını geri çəkməyə və Donbasın işğal edilmiş ərazilərindən silahların çıxarılmasına məcbur edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

"Sülhməramlılar hər tərəfdə - Novoazovskdan Stanitsa Luqanska qədər olanda, Donetskdə, Luqanskda olanda orada rus ordusuna yer qalmayacaq. Onlar sərhəddən çıxıb gedəcəklər", - Poroşenko bildirib.

Ukrayna prezidenti həmçinin 10 apreldə Berlində Almaniya kansleri Angela Merkellə görüşü zamanı bölgəyə BMT sülhməramlılarının yerləşdirilməsi məsələsinin müzakirə ediləcəyini açıqlayıb.